Şriftin ölçüsü :

Saytın rəngi :

İsaqbağı kəndində səyyar qəbulu keçirilib

03 fevral 2016 | 16:00

03 fevral 2016-cı il tarixdə Zərdab rayonunun İsaqbağı kəndində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin səyyar qəbulu keçirilmişdir.
İcra başçısı son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Eyni zamanda İsaqbağı kəndinə son dövrlərdə qaz xəttinin çəkilməsini, məktəb binasının tikilməsini, modul tipli su qurğusunun quraşdırılmasını, nümayəndəlik ərazisində olan Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının əsaslı təmir olunmasını kənd əhalisinin nəzərinə çatdırmışdır.
İcra başçısı həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2016-cı ilin yanvar ayında keçirilən konfrans və müşavirələrdə ölkə Prezidentinin nitqlərindən irəli gələn vəzifələr və digər məsələlərlə bağlı görüş iştirakçılarını ətraflı məlumatlandırmışdır.
Çıxış edən kənd sakinləri görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirməklə, Zərdab-Qaravəlli yolunun əsaslı təmir olunması, latok kanallarının yenisi ilə əvəz olunması, pay torpaqlarında meliorasiya işlərinin aparılması, kənd təsərrüfatı sahələrinin, o cümlədən heyvandarlıq, pambıqçılıq və ipəkçiliyin inkişaf etdirilməsi, kənd tam orta məktəbinin istilik sisteminin təbii qazla təchiz olunması  və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər