Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ERKƏN NİKAHLA BAĞLI SEMİNAR MÜŞAVİRƏ KEÇİRİLDİ

24 noyabr 2012 | 16:00
“Məktəbyaşlı uşaqlar arasında erkən nikaha cəlb olunma hallarının vəziyyəti və onların aradan qaldırılması” mövzusunda 23 noyabr 2012-ci il tarixdə şəhər 1 saylı məktəb liseydə seminar müşavirə keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tofiq Ağayev açdı. “Erkən nikahların yaratdığı problemlər və onların aradan qaldırılması yolları” mövzusunda Rayon İHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lalə Əmirəliyeva, Rayon İHB Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu - aparıcı məsləhətçisi Xəyalə Veyisova, Rayon Polis Şöbəsinin rəis müavini Adil Əsədov, Rayon Prokurorunun köməkçisi Seyidəzim Ağayev, Rayon Təhsil Şöbəsinin müdir müavini Elşad Kərimov, Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Südabə İsmayılova, Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova, məktəbin Qadınlar Şurasının sədri Eyvazova Zenfira, məktəbin Əməkdar müəllimi Sara Soltanova, məktəbin Valideynlər Komitəsinin sədri Telman İsmayılov, IX sinif şagirdləri Sevinc Xasayzadə və Həsənli Çimnaz çıxış etdilər. Tədbirdə 250 nəfər şagird və müəllim, 70 nəfər valideyn iştirak edirdi. Çıxış edənlər erkən nikahın zərərli təsirindən danışmış, bu istiqamətdə aparılan maarifləndirmə işlərində ziyalıların, ağsaqqalların gücündən səmərəli istifadə olunmasını, belə tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini vurğulamışdır.
Keçidlər