Zərdab Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın birinci iclası keçirilmişdir. İclasda qərargahın üzvləri, yerli icra və bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan qərargahın rəhbəri, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti cənab İlham Əliyevin nitqlərində qarşıya qoyduğu vəzifələr barədə məlumat vermişdir. Bildirmişdir ki, həmin vəzifələrin icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılmış, fəaliyyəti təşkil edilmişdir. Qeyd olunmuşdur ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayonun bir sıra idarə və təşkilatlarında həm daimi, həm də mövsümi olmaqla 413 vakant iş yerləri yaradılmışdır. Həmin iş yerləri 23 fevral 2016-cı il tarixdə Zərdabda keçiriləcək əmək yarmarkasına çıxarılacaqdır.
Qərargah tərəfindən müəyyən edilmişdir ki, rayon ərazisində vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilmiş, lakin hazırda fəaliyyət göstərməyən 10-dan çox müəssisə vardır. Həmin müəssisələrin yenidən fəaliyyətə başlaması üçün görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Eyni zamanda vurğulanmışdır ki, qərargahın iclasları mütəmadi olaraq keçiriləcək, əhalinin məşğulluğunun yaxşılaşdırılması və yeni iş yerlərinin açılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
İclasda çıxış edənlər görülən bütün işlərə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.