Zərdab Rayon İcra Hakimiyyətində vətəndaşların növbədənkənar qəbulu keçirildi
17 fevral 2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində vətəndaşların növbədənkənar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə, təşkilat, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, respublikanın yuxarı orqanlarına və birbaşa Zərdab Rayon İcra Hakimiyyətinə təkrar ərizələrlə müraciət edən vətəndaşlar iştirak etmişlər.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlərin bəziləri yerində öz həllini tapmış, araşdırılma tələb olunan müraciətlər barədə tədbir görülməsi üçün müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Çıxış edən vətəndaşlar onların müraciətlərinə həssaslıqla, diqqət və qayğı ilə yanaşıldığına görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.