Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD EDİLDİ

01 mart 2016 | 16:00

1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Zərdab şəhər 2 saylı tam orta məktəbdə rayon məktəblilərinin iştirakı ilə maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Məktəblilərə məlumat verilmişdir ki, Ümumdünya Mülki Müdafiə Günü Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə 1972-ci ildən bu günədək hər il 1 mart tarixində qeyd edilir. Ümumdünya Mülki Müdafiə Günü Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün dünyada, o cümlədən respublikamızda və bizim rayonumuzda kütləvi humanitar tədbirlərlə qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu il rayonumuzda keçirilən mülki müdafiə tədbiri isə “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusuna həsr olunmuşdur.
Zərdab rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyəti rayon təşkilatının və Zərdab Rayon Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şagirdlər öz bacarıqlarını da nümayiş etdirmişlər.
Tədbirdə çıxış edənlər iştirakçılara fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat vermişlər.

Keçidlər