Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı ilə bağlı müşavirə keçirildi.

25 noyabr 2012 | 16:00
24 noyabr 2012-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində inzibati ərazilərdə kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov rayonda kənd təsərrüfatı işlərinin gedişi vəziyyəti ilə bağlı geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, son illər rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalı sahəsində nəzərəçarpacaq irəliləyişlər olmuşdur. Ötən il 40 min tona yaxın taxıl istehsal edilmiş, iri və xırda buynuzlu heyvanların baş sayı xeyli artmışdır. Məhsul istehsalının artırılmasında kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyinin rolu xüsusi vurğulanmışdır. Yığıncaqda 2013-cü il üçün taxıl əkininin 01 dekabra kimi başa çatdırılması, digər bitkiçilik və heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində vəzifələr müəyyənləşdirilmişdir. Çıxış edənlər Şəftəhal kənd icra nümayəndəsi Veysəl Sadıqov, Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov, Məlikumudlu kənd icra nümayəndəsi Seyfəddin Pənahov və digərləri suvarma suyu ilə təminata diqqətin artırılmasına, “Aqrolizinq”in rayon filialının gücündən səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsini vurğulamışlar.
Keçidlər