Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Qadınlar Günü qeyd olundu

07 mart 2016 | 16:00

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə bayram toplantısı təşkil edib. Zərif cinsin nümayəndələrini təbrik edən İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev gələcək işlərində onlara uğurlar arzulayıb. Bildirib ki, bu gün cəmiyyətimizdə qadınların normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onlar bütün dövlət strukturlarında layiqincə təmsil olunaraq bacarıq və qabiliyyətlərinə uyğun çalışırlar. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti bu  gün də uğurla davam etdirilir. Qeyd edilib ki, Zərdab əhalisinin 50 faizini qadınlar təşkil edir. Onlardan 20 faizdən çoxu işləyir. Zərif cinsin nümayəndələri sahibkarlıq fəaliyyəti ilə də məşğuldur. YAP rayon təşkilatının sədri Pərvin Mahmudova bildirib ki, elm, təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışan bir qrup qadın dövlət səviyyəsində fəxri ad və medallara layiq görülüb. Toplantıda müxtəlif sahələrdə çalışan qadınlar çıxış edərək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər. Sonda bir qrup fəal qadınlara qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər