Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Zərifə xanım Əliyevanın anım günü münasibətilə tədbir keçirildi

15 aprel 2016 | 16:00

Aprelin 15-də Zərdab rayon mərkəzi xəstəxanasında tibb elminin inkişafında böyük xidmətləri ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanmış, görkəmli alim Zərifə xanım Əliyevanın anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan” mövzusunda çıxış edən Mərkəzi xəstəxananın baş həkimi Ruslan Nemətov görkəmli akademikin fitri istedada malik novator alim, pak və nadir insan kimi yaşadığı dərin və mənalı ömrü, şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı üçün kamillik, müdriklik nümunəsi olduğunu bildirdi. Görkəmli alim çoxşaxəli elmi, pedaqoji fəaliyyətində təkcə tədqiqatlarla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim, kadrların yetişdirilməsində, oftalmoloq həkimlərin bilik və təcrübələrinin artırılmasına xüsusi diqqət yetirib. O, eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olub. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz Heydər Əliyevlə yorulmadan müqəddəs amallar uğrunda fədakarlıqla çalışıb.
Tədbirdə çıxış edən rayon poliklinika şöbəsinin müdiri Xavər Teymurova və oftalmoloq Esmira Tağıyeva da böyük alimin xeyirxahlıq missiyasına diqqəti cəlb edərək bildirdilər ki, şəfalı və zərif əlləri ilə insanların gözlərinə nur bəxş edən Zərifə xanımın nəcib xüsusiyyətləri onu böyük qəlbə malik bir insan kimi ürəklərdə yaşadır və əbədi olaraq yaşadacaqdır.

Keçidlər