Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Zərdab rayon təşkilatında dəyirmi masa keçirildi

25 noyabr 2012 | 16:00
24 noyabr 2012-ci il tarixdə Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının yeni inzibati binasında 16.11.2012-ci il tarixdə “Buta” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin məruzəsindən irəli gələn vəzifələrə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon təşkilatının idarə heyətinin, Şuranın üzvləri, partiya fəalları iştirak etmişlər. Dəyirmi masanı giriş sözü ilə YAP Zərdab Rayon Təşkilatının sədri Pərvin Mahmudova açmış, yubiley mərasimində cənab Prezidentin çıxışından irəli gələn vəzifələrlə bağlı toplantı iştirakçılarına geniş məlumat vermişdir. Sonra şura üzvləri Tahir Qasımov, Gülağa İsgəndərov, Vüsalə Kərimova, Soltan Sadıqov, Cəvahir İsmayılova, Hüseyn Həsənov mövzu ətrafında çıxış etmişlər. Dəyirmi masada Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverdi Səfərov iştirak və çıxış etmiş, növbəti ildə YAP fəalları qarşısında duran vəzifələrdən danışmışdır.
Keçidlər