Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Erkən nikah cəmiyyətə uğursuz ailə bəxş edir” və “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir

26 aprel 2016 | 16:00

26 aprel 2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən şəhər 1 saylı məktəb-liseydə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 08 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə Dövlət nəzarəti Qaydası”nın tələbləri baxımından “Erkən nikah cəmiyyətə uğursuz ailə bəxş edir” və “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Vüsalə Kərimova açaraq qonaqları salamlamışdır. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva iştirak və çıxış etmişdir. 
Rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Aynur Məmmədova Azərbaycan Respublikası Prezidentinin 08 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə Dövlət nəzarəti Qaydası” haqqında məruzə etmişdir. "Erkən nikahın fəsadları" və "Narkomaniya-ağ ölüm" mövzularında video-çarxlar nümayiş olunmuşdur. Təhsil şöbəsinin müdir əvəzi Ceyhun Ağayev, Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova, Rayon polis şöbəsinin əməkdaşı Anar Həsənov, Rayon Mərkəzi Xəstəxanasının həkimi Südabə İsmayılova, şəhər 1 saylı məktəb liseyin şagirdləri mövzu ətrafında fikirlərini bildirmişlər.
Sonda  tədbir iştirakçılarının sualları cavablandırılmış və mövzuya aid bukletlər paylanılmışdır.

Keçidlər