Zərdabda mədəniyyət işçilərinin yığıncağı keçirildi
04 may 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Zərdab rayon mədəniyyət işçilərinin yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Rayon mədəniyyət evinin direktoru Elyurə Məmmədova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə etmişdir. Çıxış edənlər Azərbaycan Respublikasının memarı olan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğısından danışmışlar.
Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva yığıncaqda iştirak və çıxış etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olduğunu, ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına misilsiz töhfələr verdiyini bildirmişdir.