Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Zərdabda tibb məntəqəsinin və sahibkarlıq obyektinin açılış mərasimi keçirildi

07 may 2016 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Zərdab rayonunda bir sıra obyektlərin açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Şahhüseynli kənd həkim məntəqəsi üçün tikilmiş yeni binanın açılış mərasimi keçirilmişdir. Həkim məntəqəsinin ümumi dəyəri 66 min manatdır. Şahhüseynli kəndində yaşayan 1944 nəfər əhaliyə xidmət edəcəkdir.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda və rayonumuzda səhiyyənin inkişafına göstərdiyi dövlət qayğısından söhbət açmışdır. Qeyd olunmuşdur ki, hazırda Dövlət Proqramına uyğun olaraq Zərdab Rayon Mərkəzi  Xəstəxanasının binasında əsaslı təmir işləri davam etdirilir və obyektin bu ilin sentyabr ayınadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Mərasim iştirakçıları ölkəmizdə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Açılışı bildirən rəmzi lent kəsilmiş, tədbir iştirakçıları həkim məntəqəsində yaradılmış şəraitlə tanış olmuşlar.
Daha sonra Zərdab şəhəri ərazisində sahibkar Zabit Davudova məxsus “Region-post” MMC-nin Yüksək Keyfiyyətli Pres Tamet Tavaları İstehsalı Mərkəzinin açılış mərasimi keçirilmişdir. Mərkəz il ərzində 20 min kv.metr məhsul istehsal etmək gücündədir və burada 12 nəfər işlə təmin ediləcəkdir.
Açılış mərasimində iştirak edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq respublikamızda və rayonumuzda görülən işlərdən danışmışdır. Dövlətimiz və dövlətimizin başçısı tərəfindən daim sahibkarlara dəstək göstərilməsi, sahibkarlara uzunmüddətli kreditlərin verilməsi, yeni istifadəyə verilən sahibkarlıq obyektlərinin açılışında cənab Prezidentin şəxsən iştirak etməsi yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır.
Bildirilmişdir ki, Cənab Prezidentimizin tapşırığına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması, pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişafı istiqamətində böyük tədbirlər həyata keçirilir. Artıq 800 hektardan çox sahədə pambıq əkini başa çatmaq üzrədir. Uzun illərdən sonra bu il 2850 qram inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanmış və ilkin olaraq 225 yeni iş yeri yaradılmışdır. Rayon əhalisinin məşğulluğunu təmin etmək məqsədilə 282-si 01 fevral 2016-cı il tarixdən yaranmaqla cəmi 466 vakansiya müəyyən olunmuş, artıq 281 nəfər işlə təmin olunmuşdur.
Mərasimdə çıxış edənlər görülən bütün işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Sonda obyektin açılışını bildirən rəmzi lent kəsilmiş, burada istehsal olunan məhsullarla tanışlıq olmuşdur.

Keçidlər