ZƏRDABİ ANILDI
28 noyabr 2012-ci il tarixdə Zərdab şəhərində Həsən bəy Zərdabi muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 4 iyun 2012-ci il tarixli sərəncamının icrası çərçivəsində “Xalq üçün döyünən ürək!” adlı xatirə gecəsi keçirilmişdir. Tədbir iştirakçıları öncə H.B.Zərdabinin heykəli və büstü önünə gül-çiçək dəstələri qoymuşlar. Xatirə gecəsində H.B.Zərdabi muzeyinin direktoru Vəfa Bayramova geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə çıxış edənlər həmyerliləri H.B.Zərdabinin vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışmışlar. Natiqlər bu dahi şəxsiyyətin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncama və H.B.Zərdabi muzeyinin bədii tərtibatına və əsaslı təmirinə vəsait ayrılması ilə bağlı 19 iyul 2012-ci il tarixli Sərəncamına görə ölkə başçısına minnətdarlıq etmişlər.
Xatirə gecəsində Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverdi Səfərov iştirak və çıxış etmişdir.