Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda konfrans keçirilib

19 may 2016 | 16:00

Əsasən gənclərin iştirak etdikləri konfransda Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev milli-mənəvi dəyərlərimizin zənginliyindən, qədim zamanlardan bəri ölkəmizdə formalaşan multikultural ənənələrdən söz açıb. Bildirib ki, dünyanın bəzi regionlarında münaqişələrin dərinləşməsi, dini ayrı seçkiliyin baş verməsi multikulturalizmin təbliği və tətbiqini ən vacib məsələlərdən birinə çevirir. Bu mənada ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması çox təqdirə layiq haldır. Çünki Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkandır. Ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühiti formalaşıb. Ayrı-ayrı millətlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayıblar. Azərbaycanda multikulturalizm  artıq bir həyat tərzinə çevrilib. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq ideologiyası da  milli mənsubiyyətindən, etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarına, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşır.
Ölkəmizdə digər mədəniyyətlərin mahiyyətinin öyrənilməsindən və onlara qarşı tolerant münasibətlərdən söz açan Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev qeyd edib ki, respublikamızda rus, talış, ləzgi, avar, türk, tatar və digər xalqların nümayəndələri çox mehriban şəraitdə yaşayırlar. Milli azlıqların təmsilçiləri ölkənin ictimai mədəni həyatında çox fəal iştirak edirlər. Natiq xüsusi vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlib. Natiq eyni zamanda, Zərdabda gənclər arasında milli mənəvi dəyərlərimizin təbliği və hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən də danışıb. Konfransda “Multikultral dəyərlərin qorunub saxlanılmasında gənclərin rolu”, “Zərərli dini cərəyanlara meyllilik, onun mənfi nəticələrinin aradan qaldırılması yolları”, “Multikultural dəyərlər və milli vətənpərvərlik tərbiyəsi” mövzularında məruzələr oxunub.
Gənclərin sualları ətraflı cavablandırılıb.

Keçidlər