Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda barama məhsulu tədarükünə başlanılıb

31 may 2016 | 16:00

Bu il respublikamızda ilk dəfə Zərdab rayonunda 400 kiloqram barama “Şəki İpək” ASC-yə təhvil verilib. Kümçülərə yerindəcə hər kiloqram məhsula görə 8 manat ödənilib. Ümumiyyətlə, rayonda  7 tondan  çox barama yetişdirilməsi gözlənilir.                                                                                                                          
Zərdab rayonunun Nəzəralılı,Şıxbağı və Bıçaqçı kəndlərində yaşayan fermerlər  götürdükləri ipək qurdu toxumuna yüksək səviyyədə qulluq göstərərək keyfiyyətli barama yetişdirilməsinə  nail olublar. Bu gün kümçülər respublikamızda ilk dəfə olaraq 400 kiloqram  baramanı  əvvəlcədən bağladıqları müqaviləyə əsasən “Şəki İpək”ASC-nin nümayəndəsinə təhvil veriblər. Fermerlərə hər kiloqram məhsula görə 8 manat ödənilib. Nəzəralılı kənd sakini Məmmədbağır Xəlilov 36 qram inkubasiya olunmuş ipək qurdu toxumu götürərək 101 kiloqram barama yetişdirib. Çəkdiyi əziyyət onun ailə büdcəsinə 808 manat  gəlir gətirib. Digər kümdarlar  Ülvü Həsənov və Timur Əhmədov  də qazanclarından razıdırlar. “Şəki İpək” ASC-nin idarə heyəti sədrinin müşaviri Teymur Musayev  məhsulun keyfiyyətini yüksək qiymətləndirərək  fermerlərin bu sahəyə marağının artdığını vurğulayıb. Ümumiyyətlə, bu il zərdablı kümçülər rayon üzrə 20 qutu nəzərdə tutulduğu halda 150 qutu –yəni 2850 qram inkubasiya olunmuş ipək qurdu toxumu götürüblər. 75 kümdar “Şəki İpək”ASC ilə müqavilə bağlayıb. Bu sahədəki təcrübənin uzun illər unudulmasına baxmayaraq ipəkqurdunun  bəslənilməsi normal şəraitdə  aparılıb.7 tondan çox məhsulun təhvil verilməsi nəzərdə tutulur.

 

 

Keçidlər