Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi.

02 iyun 2016 | 16:00

1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Zərdab  rayonunda  tədbir keçirilib . İctimaiyyət  nümayəndələri  əvvəlcə körpələr evi -uşaq bağçalarının yaradıcılıq fəaliyyətinə baxış keçiriblər. Sərgilənən əl işlərindən ibarət rəsm əsərləri maraqla qarşılanıb. Müxtəlif bağçalardan ictimai təlim-tərbiyəyə cəlb olunan fidan balalar bilik və bacarıqlarını, istedadlarını nümayiş etdiriblər. Rəqs nömrələri, səhnəciklər, hərbi-vətənpərvərlik mahnıları  bir-birini əvəz edib. Xüsusilə uşaq mahnıları hər kəsdə xoş duyğular yaradıb. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev  körpələri, onların valideynlərini təbrik edib. Bildirib ki uşaqların sağlam böyüməsi, cəmiyyətə yararlı vətəndaş kimi yetişməsi dövlətimizin əsas məqsədlərindən biridir. Rayon rəhbəri Heydər Əliyev Fondunun məktəbəqədər  tərbiyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. Məlumat verib ki bu xətlə Zərdabda da müasir tələblər səviyyəsində yeni uşaq bağçası tikilərək zəruri avadanlıqlarla təmin olunub.

Keçidlər