Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabın daha bir yaşayış məntəqəsinə təbii qaz verildi

02 iyun 2016 | 16:00

02 iyun  2016-cı il tarixdə Zərdab rayonunun Şəftəhal kəndinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Kəndlərdə 22537 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 169 evə sayğac quraşdırılmışdır.
Açılış mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev kənd sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, hazırda rayonun digər kəndlərində də qazlaşma işləri sürətlə davam etdirilir.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov iştirak və çıxış etmişdir.

Keçidlər