Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayının başlanması münasibətilə Zərdab Rayon İcra Hakimiyyətində dindarlarla görüş keçirildi

06 iyun 2016 | 16:00

06 iyun 2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilmişdir. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Ucar regional  şöbəsinin müdiri Əzim Rəfiyev,  rayonun dini icmalarının sədrləri, din xadimləri, ziyalılar, yerli icra və bələdiyyə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, eləcə də fəal ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Ramazan ayının başlanması münasibətilə dindarları təbrik etmiş və qarşıda duran vəzifələrdən danışmışdır. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açmış, bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş və hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işlərdən danışmış, ölkəmizdə dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dünyəvilik əsasında qurulduğunu vurğulamışdır.
Görüşdə çıxış edən dindarlar ölkəmizdə bu sahədə görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Daha sonra iştirakçıların təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər