Şriftin ölçüsü :

Saytın rəngi :

“39 saylı Yol İstismarı” MMC-də “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib

02 iyul 2026 | 14:16

Tədbirdə “39 saylı Yol İstismarı” MMC-nin əmək kollektivi iştirak etmişdir. “Azərbaycanın dayanıqlı inkişaf strategiyası və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar”, “Milli birlik və həmrəyliyin möhkəmləndirilməsində dövlət siyasətinin rolu” mövzularında çıxışlar edilmişdir. Çıxışlarda ölkədə aparılan genişmiqyaslı islahatların nəticələri, əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın davamlı inkişafına xidmət edən siyasətin əsas istiqamətləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, milli həmrəyliyin və vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanmış, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasında maarifləndirici tədbirlərin rolu qeyd edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər