“39 saylı Yol İstismarı” MMC-də “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
29 oktyabr 2026 | 11:39
Tədbirdə “39 saylı Yol İstismarı” MMC-nin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Yol infrastrukturunun inkişafı və nəqliyyat təhlükəsizliyinin təmin olunması”, “Ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunmasında vətəndaş məsuliyyəti” mövzularında çıxışlar edilmişdir.
Çıxışlarda ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi, avtomobil yollarının təmiri və təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən bəhs edilmişdir. Eyni zamanda, ətraf mühitin qorunması, yaşıllıqların artırılması və ekoloji məsuliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.






