“39 saylı Yol İstismarı” MMC-də “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
16 aprel 2026 | 17:28
Tədbirdə müəssisənin əmək kollektivi iştirak etmişdir. Görüş çərçivəsində “Davamlı iqtisadi inkişaf və infrastrukturun modernləşdirilməsi” və “Milli dəyərlərin qorunması və vətəndaş məsuliyyətinin artırılması” mövzularında məruzələr dinlənilmişdir. Çıxışlarda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların nəticələri, dövlət siyasətinin prioritet istiqamətləri və bu sahədə əldə olunmuş nailiyyətlər geniş şəkildə təhlil edilmişdir. Eyni zamanda ideoloji maarifləndirmə tədbirlərinin cəmiyyətin inkişafında rolu vurğulanmış, iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.






