Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ÜMUMMİLLİ LİDERİN ÖLKƏMİZDƏ İLK DƏFƏ SİYASİ HAKİMİYYƏTƏ GƏLİŞİNİN 47-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU

14 iyul 2016 | 16:00

14 iyul 2016-cı il tarixdə Zərdabda Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibətilə təntənəli ümumrayon yığıncağı keçirilmişdir. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, yerli icra və bələdiyyə qurumlarının rəhbərləri, əmək kollektivləri və ictimaiyyətin nümayəndələri öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül və çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. 
Toplantıda çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi keçmiş Sovetlər İttifaqı daxilində geri qalmış respublikamızın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. 47 il əvvəl başlanan həmin yol Ulu Öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır. İqtisadi-sosial parametrlərinə görə qonşu respublikaların bizdən çox-çox irəlidə olmasına baxmayaraq Heydər Əliyev qısa müddətdə Azərbaycanı gerilikdən çıxarmış və bununla da Azərbaycanın tərəqqisinin başlanğıcını qoymuşdur.
Natiq qeyd etmişdir ki, Ulu Öndər tərəfindən əsası qoyulan inkişaf və tərəqqi yolu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

 

Keçidlər