Zərdab Rayon İcra Hakimiyyətində 2016-cı ildə ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olmuş tələbələrlə görüş keçirilib
05 sentyabr 2016-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində 2016-cı ildə ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.
İcra başçısı qeyd etmişdir ki, 2016-cı ildə rayonun tam orta məktəblərini 469 nəfər məzun bitirmiş, onlardan 280 nəfəri TQDK-ya sənəd vermişdir. Natiq qeyd etmişdir ki, 2007-ci ildə cəmi 49 nəfər məzun ali məktəbə qəbul olmuşdursa, bu il bu göstərici 164 nəfər olmuş, 4 nəfər məzunumuz qəbul imtahanlarında 600-dən çox bal toplamışdır.
Görüşdə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Sonda rayonda təhsilin inkişafında səmərəli fəaliyyət göstərmiş bir qrup müəllimə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları, yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə isə qiymətli hədiyyələr təqdim olunmuşdur.