Şriftin ölçüsü :

Saytın rəngi :

BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ ZƏRDABDA QEYD EDİLDİ

04 dekabr 2012 | 16:00

3 Dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin asudə vaxt mərkəzində çay süfrəsi arxasında əlillərlə rayon rəhbərliyinin görüş keçirildi. Məclisi Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Elyurə Məmmədova açaraq iştirakçıları salamladı, “Əlillər günü”nün yaranma tarixindən danışaraq iştirakçılara xoş ovqat arzuladı.
Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Canpolad Vəliyev çıxış edərək bildirdi ki, rayonumuzda 1317 əlil vardır ki, onlardan 418 nəfəri uşaqlıqdan əlildir.
Böyük Vətən Müharibəsi əlili olan 14 nəfərə və Qarabağ müharibəsi əlili olan 115 nəfərə göstərilən xidmətin səviyyəsi barədə danışan natiq əlillərə göstərilən qayğının günü-gündən artdığını və bu işlərə hörmətli Prezidentimiz İlham Əliyev cənablarının xüsusi önəm verdiyini vurğuladı.
Tədbirdə çıxış edən Rayon Veteranlar Şurasının sədri Hüseyn Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Neman Yediyarov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul işçisi Nərgiz Eminova, QAC rayon təşkilatının sədri Firuzə Qocayeva çıxış edərək son illər rayonda xüsusi qayğıya ehtiyacı olan əlillərə göstərilən qayğıdan, onların problemlərinin həll edilməsində dövlət qurumlarının, ictimai təşkilatların fəaliyyətləri barədə məlumat verdilər və onlara hər zaman dəstək olan rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Rayon mədəniyyət evinin ansamblının müşayiəti ilə solist Nazim Həsənovun oxuduğu şən mahnılar dinləyicilərdə xoş əhval ruhiyyə yaratdı.
Rayonun Əlibəyli kənd sakini, 1-ci qrup gözdən əlil, 76 yaşlı Xanbaba Mikayılovun gözəl səslə oxuduğu muğam tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahib Nuriyev iştirak və çıxış etdi.
Tədbirin sonunda Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən daha çox ehtiyacı olan 1-ci qrup əlillərə maddi yardımlar edildi.
 

Keçidlər