Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Zərdabda qeyd edildi

18 oktyabr 2016 | 16:00

“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Respublika Prezidentinin sərəncamına uyğun olaraq Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər planı təsdiq edilmiş və icrasına başlanılmışdır. Belə ki, ölkəmizin müstəqillik qazanmasının növbəti ildönümü ilə bağlı zərdablı məktəblilərin  hazırladıqları divar qəzetlərinə baxış keçirilmişdir. Şagirdlərin azadlıq və mübarizə əzmindən bəhs edən rəsm əsərlərindən və texniki yaradıcılıq nümunələrindən ibarət sərgiləri də maraqla qarşılanmışdır. Ayrı-ayrı şəkillərdə zərdablı məktəblilər Azərbaycanın qüdrətini, dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərimizi özünəməxsus şəkildə təsvir etmişlər. Bu tarixi hadisə ilə bağlı idmanın müxtəlif növləri üzrə rayon birinciliyi də keçirilmiş, qaliblər mükafatlandırılmışdır. Tədbirlərin davamı olaraq rayon ictimaiyyəti müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli liderimiz Heydər Əliyevin heykəli önünə tər güllər düzmüşlər. Müstəqilliyimizin qorunub saxlanılmasında və möhkəmləndirilməsində, milli dövlətçilik təsisatlarının yaradılmasında, demokratik ənənələrin və vətəndaş cəmiyyətinin bərpasında misilsiz xidmətləri olan Ulu Öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Sonra müstəqillik illərində ölkəmizin qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunmuşdur. Bayram toplantısında Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev 25 il əvvəl cəmiyyətimizdə baş verən tarixi hadisənin əhəmiyyətindən söz açmışdır. Bildirmişdir ki, 1991-ci il oktyabr ayının 18-də respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz dövlət müstəqilliyini elan etsə də, suverenliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Yalnız onun qətiyyəti, müdrikliyi nəticəsində ölkədə qeyri-sabitliyə, vətəndaş müharibəsi təhlükəsinə, daxili və xarici təzyiqlərə, dövlət çevrilişi cəhdlərinə son qoyuldu. Azərbaycanda bütün sahələrdə inkişaf tədbirlərinə start verildi. Torpaq islahatları və neft strategiyası həyata keçirildi. Bir sözlə ötən illər ərzində respublikamızda güclü infrastruktura və inkişaf potensialına malik iqtisadiyyat quruldu. Bu illər ərzində Zərdab rayonu da öz simasını, sosial infrastrukturunu xeyli dəyişdirmişdir. Son illərdə rayonda 350-yə yaxın müxtəlif təyinatlı yeni obyekt istifadəyə verilmiş, kəndlərdə yeni məktəb binaları, uşaq bağçaları, modul tipli sutəmizləyici qurğular inşa edilmiş, yollar asfaltlanmış, kənd yaşayış məntəqələri qazlaşdırılmışdır. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun uğurlu davamının nəticəsidir.
Qeyd olunmuşdur ki, zərdablılar bundan sonra da bu siyasətə sadiq qalmaqla ölkəmizin daha da inkişafına öz töhfələrini verəcəklər.

Keçidlər