Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA KONSTİTUSİYA GÜNÜ QEYD OLUNDU

11 noyabr 2016 | 16:00

12 noyabr Konstitusiya Günü münasibətilə Zərdabda ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirin rəsmi hissəsini giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev açıb. İcra başçısı tədbir iştirakçılarını, rayon ictimaiyyəti nümayəndələrini Konstitusiya Günü münasibətilə təbrik edib.
Sonra Rayon Məhkəməsinin hakimi Tahir Qubadov “Müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Müstəqil Azərbaycanın Konstitusiyası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Vurğulanıb ki, demokratiya və konstitusiya idarəetmə yolunu, bir mənalı olaraq, Ulu öndərimiz bugünkü və gələcək nəsillərə başlıca siyasi irs qoyub. Ölkə Prezidenti cənab İlham Əliyev məhz bu çətin, lakin şərəfli irsin layiqli varisi kimi yorulmadan fəaliyyət göstərir, qanunlarımızın aliliyinin qarantı kimi çıxış edir. Bu gün ölkəmiz əsl demokratiya, ümumi rifah və azadlıq məkanı kimi inkişaf edir. 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə qəbul olunmuş referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib.

Keçidlər