Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabın Otmanoba və Əlvənd kəndləri ilk dəfə “mavi yanacaq”la təmin edilib

07 dekabr 2016 | 16:00

132 abonenti olan rayonun Otmanoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 910 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 10 min 803 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 132 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

185 abonenti olan Əlvənd kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 574 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 14 min 104 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Zərdab rayonunun daha 2 kəndində - Şahhüseynli və Aşağı Seyidlər kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər