Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA REGİONAL SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

24 dekabr 2016 | 16:00

Zərdab rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 170 nəfərin iştirakı ilə “Respublikanın Aran iqtisadi rayonunda fitosanitar tədbirlərin həyata keçirilməsi və ipəkçilikdə yem bazasının zərərli orqanizmlərdən mühafizəsi” mövzusunda   regional seminar - müşavirə keçirilib.
Seminar – müşavirəni giriş sözü ilə açan Zərdab rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəhman Fərzlullayev ölkədə həyata keçirilən aqrar siyasət nəticəsində rayonun kənd təsərrüfatında əldə edilən naliyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qeyd etdi ki, bitkilərin zərərli orqanizmlərdən mühafizəsində və məhsuldarlığın yüksəldilməsində bugünkü müşavirə əhəmiyyətli rol oynayacaq.
Kənd Təsərrüfatı Nazırliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev çıxış edərək, qeyd etdi ki, Respublikada qeyri neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində ipəkçiliyin bərpası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Respublika Prezidentinin tapşırıqlarına uyğun olaraq, qısa müddət ərzində Kənd Təsərrüfatı Nazırliyi tərəfindən baramaçılığın yem bazasının formalaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. İpəkqurdunun yem bazasının qorunub saxlanılmasında tut (çəkil) bitkisinin zərərli orqanizmlərdən, o cümlədən kiçik tut odlucasının zərərli təsirindən mühafizə edilməsi çox aktual və əhəmiyyətlidir.
Seminarda Dövlət Xidmətinin Respublika Karanin Ekspertiza Mərkəzinin direktoru vəzifəsini icra edən Taleh Şəmiyevin  «Tut bitkisinin zərərvericiləri: kiçik tut odlucasının bioekoloji xüsusiyyətləri»,  Dövlət Xidmətinin rəis müavini Yaqub Cəfərovun «Kiçik tut odlucası əleyhinə mübarizə tədbirləri» kimi aktual məruzələri dinlənilib, fermerlərin və torpaq mülkiyyətçilərinin  müasir bitki mühafizəsi ilə bağlı sualları Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən  cavablandırılıb.
Müşavirə iştirakçılarına Dövlət Xidməti tərəfindən hazırlanmış daxili karantin obyektləri olan Amerika ağ kəpənəyi, kartof güvəsi, tikanlı quşüzümü və yovşanyarpaqlı ambroziya barədə bukletlər, eləcə də karantin orqanmizmlərin təcrid və ləğv edilməsinə dair milli fitosanitar fəaliyyət planları paylanılıb. 
Torpaq mülkiyyətçiləri və fermerlər kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyinə görə Respublika Prezidenti cənab İlham Əliyev cənablarına minnətdar olduqlarını bildirdilər.

Keçidlər