Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL QEYD EDİLDİ

30 dekabr 2016 | 16:00

30 dekabr 2016-cı il tarixdə Zərdabda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra təşkil olunan bayram şənliyində çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev bildirilib ki, 2016-cı ildə Zərdabın ictimai-mədəni, sosial-iqtisadi həyatında mühüm hadisələr baş verib. Bu ilin dekabr ayının əvvəlində ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Zərdaba səfər edərək Mərkəzi Rayon Xəstəxanasında yaradılan şəraitlə tanış olub. Səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri ilə görüşüb, Zərdabın sosial-iqtisadi inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib. Bununla belə il ərzində rayonda quruculuq-abadlıq və tikinti işləri, sosial təyinatlı obyektlərin inşası davam etdirilib. 13 kənd qazlaşdırılıb. Mərkəzi Rayon Xəstəxanası, Qaravəlli kənd tam orta məktəbi, Peşə liseyinin yataqxana korpusu əsaslı təmir olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 50 yerlik uşaq bağçası, Şahhüseynli kənd həkim məntəqəsi, Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, Yüksək Keyfiyyətli Pres Tamet Tavaları İstehsalı Mərkəzi istifadəyə verilib. 6 ədəd çoxmərtəbəli binanın dam örtüyü dəyişdirilib. Bu il kənd təsərrüfatı sahəsində xüsusilə uğurlu göstəricilər qeydə alınıb. Belə ki, rayonda 52 tondan çox taxıl, 900 tona yaxın pambıq, 6 tona qədər barama istehsal edilib. 263700 ədəd tut tingi əkilib. Bütün bunlar rayon ictimaiyyətinin işgüzarlığından, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmindən xəbər verməklə, gələcəyə olan inamı artırır. Bayram şənliyində xüsusi konsert proqramı nümayiş olunub. İl ərzində əmək fəaliyyətində fərqlənən bir qrup şəxs mükafatlandırılıb.

Keçidlər