Şriftin ölçüsü :

Saytın rəngi :

20 YANVAR FACİƏSİNİN 27-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI ZƏRDABDA ÜMUMRAYON ANIM MƏRASİMİ KEÇİRİLDİ

20 yanvar 2017 | 16:00

Zərdab Rayon İcra Hakimiyyətində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlər davam etdirilir. Keçirilən tədbirlərin davamı olaraq 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyətində təşkil olunmuş yığıncaqda əvvəlcə 20 yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Sonra İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək 20 Yanvar hadisələri haqqında iştirakçılara məlumat vermişdir. Qeyd olunmuşdur ki, 20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir.
Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş divar qəzetlərinə, rəsm işlərinə və kitab sərgisinə baxış keçirmiş, abidə önünə güllər qoymuşlar. Ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilmişdir.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobillər və gəmi vasitəsilə səs siqnalları verilmişdir.
Gün ərzində rayon ərazisindəki məscidlərdə ehsan süfrələri açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Keçidlər