Zərdab rayon mərkəzindəki yaşayış evlərinin dam örtükləri və fasad hissələri yenidən qurulur
09 fevral 2017 | 16:00
Son illər Zərdabda sosial layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin Zərdaba səfərindən sonra imzaladığı sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına rayon mərkəzindəki yaşayış evlərinin dam örtükləri və fasad hissələri yenidən qurulur. Yaşayış məhəllələrinin daxilindəki qanunsuz tikililər və çəpərlər sökülür. Binaların fasadlarındakı layihədən kənar artırmalar ləvğ edilərək ilkin vəziyyətinə qaytarılır. Binaların həyətlərində nümunəvi məhəllələr və yaşıllıqlar salınacaq. Sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq