Zərdabda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümünə həsr edilən tədbir keçiilib
YAP Zərdab rayon təşkilatının binasında keçirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının beşinci ildönümünə həsr edilən tədbirdə rayon rəhbərliyi, Dövlət Xidməti rayon bölməsinin əməkdaşları, icra strukturları, veteranlar və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər. Giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev icra hakimiyyəti başçısının təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Dövlət Xidmətinin beş illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi, polkovnik-leytenant Elşən Həsənov çıxış edərək qurumun keçdiyi uğurlu yoldan, ordumuzun möhkəmləndirilməsindəki fəal iştirakından, gənclərin hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərindən danışıb.
Polkovnik-leytenant E.Həsənov, eləcə də digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun keçdiyi şanlı yoldan danışıblar. Çıxışlarda, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ordumuzun formalaşmasında, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolundan bəhs edilib. Vurğulanıb ki, bu gün respublikamızın hər yerində, o cümlədən Zərdabda gənclərin hərbi xidmətə yola salınması mərasimi bayram əhvali-ruhiyyəsi ilə keçir.
Tədbirdə şəhid atası Zabit Hacıyevə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bölməsinin xatirə hədiyyəsi verilib.