Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda əhalinin tibbi müayinəsi davam edir

21 fevral 2017 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi Zərdab rayonunda da əhalinin növbəti kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan aksiya müvəffəqiyyətlə davam edir.
Aksiya çərçivəsində 35 min nəfərdən çox Zərdab sakininin tibbi müayinədən keçiriləcəyi gözlənilir. Əhalinin müayinəsi rayon mərkəzi xəstəxanasında, Körpükənd və Məlikli kənd sahə xəstəxanalarında aparılır. Yaşayış məntəqələrinin sakinləri, idarə və təşkilatların kollektivləri tərtib olunan qrafik əsasında hər gün məntəqələrə gəlir, həkimlər tərəfindən müayinə olunurlar. Xüsusi səyyar briqada gəlmək imkanı olmayan ahıl insanlara evlərində xidmət göstərir.
Aksiyaya başlanılandan bu günədək 2090 nəfər müayinədən keçib. Onlardan 150 nəfər ambulator, 4 nəfər stasionar müalicəyə cəlb edilib. 6 nəfər isə Bakı şəhərinə müvafiq xəstəxanalara göndərilib.

Keçidlər