Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QEYD EDİLDİ

13 dekabr 2012 | 16:00

Bu gün Zərdab rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ulu öndərin abidəsi önündə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirildi.
Ümummilli Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverdi Səfərov ulu öndərin həyat fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi. Natiq qeyd etdi ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl Azərbaycanlı idi.
Ulu Öndərin 1978-ci ilin 29 mayında Zərdabda olması dərin minnətdarlıq hissi ilə xatırlanmışdır. Məruzəçi Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olmasını məmnunluqla vurğulamışdır.
Anım günü bağça yaşlı uşaqlar, məktəblilər, veteranlar, hüquq-mühafizə orqanlarının işçiləri və rayonun bütün əmək kollektivlərinin üzvləri növbə ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüblər.
Daha sonra mərasim iştirakçıları ölkə Prezidentinin iştirakı ilə 7 oktyabr 2012-ci ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə və foto stendlərə baxmışlar.

 

Keçidlər