ZƏRDABDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLDİ
15 dekabr 2012-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkilatçılığı ilə “Vətəndaşların səfərbərlik üzrə xəbərdarlıq edilməsi, Silahlı Qüvvələrə və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə vaxtında və mütəşəkkil göndərilməsinin həyata keçirilməsi məqsədilə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında duran vəzifələr barədə” seminar-müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə orqanları və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İsrəfil Həmidov açmışdır.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab Rayon Bölməsinin rəisi vəzifəsini icra edən, kapitan Yasin İsmayılov “Vətəndaşların səfərbərlik üzrə xəbərdarlıq edilməsi, Silahlı Qüvvələrə və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə vaxtında və mütəşəkkil göndərilməsinin həyata keçirilməsi məqsədilə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında duran vəzifələr barədə” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Müşavirə Rayon İHB-nın Məmmədqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılovun, Rayon İHB-nın Şəftəhal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Veysəl Sadıqovun və Rayon İHB-nın İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsmayıl Hüseynovun çıxışları ilə davam etmişdir.
Daha sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.