Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayının başlanması münasibətilə Zərdab Rayon İcra Hakimiyyətində dindarlarla görüş keçirildi

25 may 2017 | 16:00

25 may 2017-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilmişdir. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin Ucar regional  şöbəsinin müdiri Əzim Rəfiyev, rayonun dini icmalarının sədrləri, din xadimləri, ziyalılar, yerli icra və bələdiyyə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, eləcə də fəal ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Ramazan ayının başlanması münasibətilə dindarları təbrik etmiş və qarşıda duran vəzifələrdən danışmışdır. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işlərdən danışmışdır.
Görüşdə çıxış edən dindarlar ölkəmizdə bu sahədə görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda iştirakçıların təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər