Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin 3 ayında Zərdab rayonunun pərakəndə ticarət dövriyyəsi

27 may 2017 | 16:00

2017-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 15,7 faiz üstələyərək 19940,6 min manat olmuşdur. Ticarət dövriyyəsinin 11802,2 min manatını ərzaq məhsulları, 8138,4 min manatını qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 8,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 4,2 faizi hüquqi şəxs statuslu müəssisələr, 95,8 faizi fiziki şəxslər  tərəfindən satılmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 115,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 15,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir sakin orta hesabla hər ay 68,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 47,3 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər