Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda yetişdirilən baramanın təhvilinə başlanılıb

29 may 2017 | 16:00

Azərbaycanda qədim ənənələrə malik olan ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində rayonda xeyli iş görülmüşdür. Rayon üzrə 238 nəfər kümçüyə 480 qutu (9249 qram) inkubasiya olunmuş barama qurdu toxumu paylanılmış, “Şəki-İpək” ASC ilə kümçülər arasında müqavilə  bağlanılmışdır. Bu sahədə 611 nəfər işlə təmin edilmişdir.
Kümçülər götürdükləri ipək qurdu toxumuna yüksək səviyyədə qulluq göstərərək keyfiyyətli barama yetişdirilməsinə nail olublar. Onlar bu gün 1,1 ton baramanı əvvəlcədən bağladıqları müqaviləyə əsasən “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər. Nəzəralılı kənd sakini Surxay Xəlilov 54 qram inkubasiya olunmuş ipək qurdu toxumu götürərək 152  kiloqram barama yetişdirib. Digər kümçülər də bir aylıq zəhmətin müqabilində əldə etdikləri məhsuldan razıdırlar. Gələn il bu sahəyə daha çox üstünlük vermək niyyətindədirlər.
“Şəki İpək” ASC-nin nümayəndəsi Fəraim Yusifov məhsulun keyfiyyətini yüksək qiymətləndirərək  fermerlərin bu sahəyə marağının artdığını vurğulayıb.
Ümumiyyətlə, bu il  Zərdab rayonunda 24  tondan çox məhsulun təhvil verilməsi nəzərdə tutulur.

Keçidlər