Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi.

01 iyun 2017 | 16:00

1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Zərdab  rayonunda  tədbir keçirilib. Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyeva tədbirdə iştirak edib. Əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra müxtəlif məktəblərdən olan uşaqlar bilik və bacarıqlarını, istedadlarını nümayiş etdiriblər. Rəqs nömrələri, səhnəciklər, hərbi-vətənpərvərlik mahnıları  bir-birini əvəz edib. Xüsusilə uşaq mahnıları hər kəsdə xoş duyğular yaradıb. Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəhman Feyzullayev uşaqları, onların valideynlərini təbrik edib. Bildirib ki uşaqların sağlam böyüməsi, cəmiyyətə yararlı vətəndaş kimi yetişməsi dövlətimizin əsas məqsədlərindən biridir. Heydər Əliyev Fondunun təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanıb. Məlumat verilib ki bu xətlə Zərdabda da müasir tələblər səviyyəsində yeni məktəblər və uşaq bağçaları tikilərək zəruri avadanlıqlarla təmin olunub.

Zərdab Rayon İcra Hakimiyyəti

Keçidlər