Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA “SAĞLAM HƏYAT” AYLIĞI KEÇİRİLİB

16 dekabr 2012 | 16:00

15 dekabr 2012-ci il tarixdə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Sağlam həyat uğrunda” devizi altında keçirilən səhiyyə aylığı çərçivəsində Respublika Elmi Tədqiqat Kardiologiya İnstitutunun səyyar həkim briqadası Zərdab rayonuna ezam olunmuşdur. Yüksək ixtisaslı tibb mütəxəssisləri Mərkəzi Rayon Xəstəxanasında əsəb və ürək xəstəliklərindən əziyyət çəkən sakinləri müayinə etmişlər.
Səhər saatlarından başlayaraq indiyə qədər artıq 200-ə qədər xəstə müayinə edilmişdir. 10 nəfərin yerli xəstəxanada, 8 sakinin isə Bakı şəhərində müalicəsinin davam etdirilməsi məsləhət bilinmişdir.
Səhiyyə aylığı çərçivəsində Zərdab Rayon Mərkəzi Xəstəxanasında tərkibi terapevt, pediatr və ginekoloq həkimlərdən ibarət 3 səyyar briqadalar yaradılmışdır. Dekabr ayının birinci yarısında tibb işçiləri rayon mərkəzində, Əlvənd, Şahhüseynli, Şəftəhal kəndlərində, məcburi köçkünlərin məskunlaşdığı Peşə Liseyində 2000-ə yaxın xəstəni müayinə etmişlər.
Ümumiyyətlə, əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı altında Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Göz Xəstəlikləri və Hematologiya İnstitutlarının səyyar həkim briqadaları Zərdabda bir neçə dəfə humanitar aksiyalar keçirmişlər.
 

Keçidlər