Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyəti başçısının Alıcanlı kəndinin sakinləri ilə görüşü keçirilib

31 iyul 2017 | 16:00

Zərdab Rayon İcra Hakimiyyəti başçısının rayonun Alıcanlı sakinləri ilə görüşü keçirilmişdir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində son vaxtlar ölkəmizdə və rayonumuzda böyük tikinti-quruculuq, abadlıq işlərinin aparıldığını qeyd etmişdir.
Görüşdə çıxış edən kənd sakinləri Xanış Xanəliyev, Sabir Talıbov, Günay Qasımova, Mürşüd Talıbov və digərləri ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə Ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, eyni zamanda öz təklif və xahişlərini bildirmişlər.
Sonda irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər