Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA HİMAYƏDƏN MƏHRUM UŞAQLARLA GÖRÜŞ KEÇİRİLDİ

30 dekabr 2012 | 16:00

31 Dekabr Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zərdab rayonunda silsilə tədbirlər keçirilmişdir. Rayon İcra Hakimiyyətində 30-a yaxın hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla rayon rəhbərliyinin görüşü keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev sosial müdafiəyə ehtiyacı olan soydaşlarımıza göstərilən dövlət qayğısından söhbət açmışdır. O, bildirilib ki, rayonda hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hər zaman xüsusi qayğı göstərilir. Əlamətdar bayramlar ərəfəsində 30-dan çox aztəminatlı ailəyə maddi yardım göstərilməsi, bayram sovqatlarının çatdırılması bu diqqətin bariz nümunəsidir.

Keçidlər