Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

15 avqust 2017 | 16:00

2017-ci il iyulun 1-i vəziyyətinə Zərdab rayonu üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 5947 nəfər olmuş, onlardan 4529 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1418 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 36,2 faizi təhsil, 17,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3,4 faizi tikinti, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 10,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 8,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2017-ci ilin yanvar-iyun aylarında rayon üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 246,6 manat olmuşdur. İqtisadiyyatın elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Zərdab rayon Statistika İdarəsinin məsləhətçisi Əzizə Əhmədova

Keçidlər