Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Rafiq Əhməd oğluna “Tərəqqi” medalı təqdim olundu

16 avqust 2017 | 16:00

Bu gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  21 iyun 2017-cı il tarixli Sərəncamı ilə təltif olunan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Məmmədov Rafiq Əhməd oğluna “Tərəqqi” medalı təqdim olunub.
Tədbiri girs sözü ilə açan icra başçısı qeyd edib ki, dövlətimizin inkişafında və müstəqilliyimizin möhkəmlənməsində xidmətləri olan insanların möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət mükafatlarına layiq görülmələri onu göstərir ki, dövlət başçısı onların Vətən qarşısında xidmətlərinə yüksək diqqət və qayğı ilə yanaşır. Bizim üçün çox fərəhli haldır ki, möhtərəm Prezidentimizin "Tərəqqi" medalı ilə təltif etdiyi insanlar sırasında Zərdab rayonunun da sakini var.
Sonra cənab Lütvəli Babayev dövlət mükafatını sahibinə təqdim edib. "Tərəqqi" medalına layiq görülmüş Rafiq Məmmədov da öz növbəsində onun zəhmətini yüksək qiymətləndirən dövlət başçısına minnətdarlığını bildirib və bundan sonra Vətənin tərəqqisi naminə daha böyük həvəslə çalışacağını qeyd edib.

Keçidlər