Zərdab rayonu üzrə sənayenin göstəriciləri
Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi sənaye sahəsi də durmadan inkişaf edir. Bu inkişaf Zərdab rayonunda da öz təzahürünü göstərməkdədir. Rayon üzrə fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2017-ci ilin yanvar-iyun aylarında 1640,8 min manatlıq istehsal olmuş və xidmətlər göstərilmişdir. Malların istehsalı və хidmətlərin göstərilməsinin həcmi elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 57,7 faiz, qazın bölüşdürülməsi və satışı sahəsində 23,7 faiz, suyun yığılması və paylanması sahəsində 4,9 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində 0,2 faiz, fiziki şəxslərdə isə 9,5 faiz təşkil etmişdir.
Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artmışdır. Sənayedə görülən ümumi işin 13,5 faizi emal sənayesinin, 81,4 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı sənayesinin, 5,1 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sənayesinin payına düşmüşdür.
Sənaye sahəsi üzrə çalışanların 35,1 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı sahəsində çalışır. Bu sahədə çalışan bir işçiyə düşən оrta aylıq əmək haqqı 518,5 manat оlmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən bir işçiyə düşən orta aylıq əmək haqqı 0,6 faiz artmışdır. Sənaye sahəsi üzrə çalışanların 50,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində çalışanlardır. Hər bir işçiyə düşən orta aylıq əmək haqqı 161,5 manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən orta aylıq əmək haqqının 98,8 faizini təşkil etmişdir.
Sənaye sahəsi üzrə işçilərin 14,4 faizi emal sənayesində çalışanların payına düşür. Keçən ilin müvafiq dövrünə nisbətən emal sənayesi sahəsində işçilərin orta sayı 81,5 faiz artmışdır. Bu sahədə çalışanların orta aylıq əmək haqqısı 238,4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 98,7 faiz artmışdır.
Zərdab rayon Statistika İdarəsinin məsləhətçisi Əzizə Əhmədova