Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Məhərrəm ayının başlaması ilə əlaqədar görüş keçirilib

21 sentyabr 2017 | 16:00

Məhərrəm ayının başlaması ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində rayonun dini icma rəhbərləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi ili” elan etməsi bütün İslam aləminə həmrəylik, dialoq çağırışıdır.
Görüşdə digər çıxış edənlər qeyd ediblər ki, humanizmi və bəşəri ideaları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünya görüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb.
Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı bütün mərasimlərin qanunvericilik çərçivəsində Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər