Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ QEYD EDİLİB

17 oktyabr 2017 | 16:00

Zərdab rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününün tarixi haqqında məlumat verib.
Tədbirdə qeyd edilib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Bizim də əsas vəzifəmiz bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirməkdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər