ZƏRDAB RAYONUNDA QANVERMƏ AKSİYASI KEÇİRİLDİ
04 yanvar 2013 | 16:00
03 yanvar 2013-cü il tarixdə Heydər Əliyev Fondunun və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Zərdab rayonunda növbəti dəfə qanvermə aksiyası keçirilmişdir. Şəhər “Cümə məscidi”ndə keçirilən tədbirdə talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədilə idarə, müəssisə və təşkilatlardan, təhsil, səhiyyə və mədəniyyət ocaqlarından 300 nəfərdən çox vətəndaş cəlb edilmişdir. Mingəçevir Regional Qan Bankının həkim briqadası tərəfindən sağlamlıq vəziyyəti imkan verən rayon sakinlərindən qan nümunəsi götürülərək qablaşdırılmışdır.
Rayon sakinləri bu cür xeyirxah aksiyaların əhəmiyyətini yüksək qiymətləndirmişlər.