ZƏRDABDA BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLİB
05 oktyabr 2017 | 16:00
5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Zərdab rayonunda tədbir keçirilib.
Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev təhsil işçilərini bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət açıb, rayonda təhsil sahəsində əldə olunan uğurlar barədə məlumat verib.
Tədbirdə çıxış edən müəllimlər respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup müəllimə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.