Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib

19 oktyabr 2017 | 16:00

19 oktyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib. Görüş iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Tədbir Dövlət himinin səslənməsi və Dövlət bayrağının zala gətirilməsi ilə başlanıb. Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də görülən işlər nəticəsində silahlı qüvvələrimiz tək regionda deyil, dünyada olan güclü ordular sıralarına daxil edilib. Qeyd edilib ki, rayonumuzda gəclərin ordu sıralarında hərbi xidmətə hazırlanması istiqamətində son illər çox işlər görülüb, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işləri gücləndirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Elşən Həsənov çıxış edərək Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində də mühüm irəliləyişlərə nail olunduğunu diqqətə çatdırıb.
Hərbi xidmətdən tərxis olunan gənclər onlara göstərilən diqqətdən razılıqlarını ifadə ediblər.
Məktəblilərin ifasında şeirlər səsləndirilib.
Sonda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və xatirə hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər